Kolumbiyada baş vermiş ağır yol qəzasında azı 14 nəfər ölüb, daha 35 nəfər xəsarət alıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə Antiokiya departamentində, Sabanalarqa şəhəri yaxınlığında qeydə alınıb. Belə ki, sərnişin avtobusu dərəyə yuvarlanıb.

Qeyd olunur ki, avtobusun sürücüsü önündəki motosikleti ötməyə çalışarkən nəqliyyat vasitəsinə idarəetməni itirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə