Xüms şəhərinə raket atılıb, 12 nəfər ölüb

Suriyanın qərbində yerləşən Xüms şəhərinə raket atılıb. Axar.az xəbər verir ki, terrorçuların raket zərbəsi nəticəsində 12 nəfər ölüb, 27 nəfər yaralanıb. Rəsmilər dağıntılar altında xeyli insanın olduğunu, buna görə də ölü və yaralı sayının artacağını bildiriblər.

Qeyd edək ki, Astana sammitində Xüms şəhərinin də təhlükəsiz bölgə olması ilə bağlı razılaşma əldə olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə