Mixail Saakaşvili Ukraynanın Baş naziri olmaq istəyir

"Ukraynanın Baş naziri olmağa hazıram." Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili deyib.

O bildirib ki, hazırki Ukrayna hakimiyyəti çalışmır və bu səbəbdən ukraynalılar özünü xilas etməlidir:

“Xeyli istedadlı, işgüzar, vətənpərvər ukraynalı var. Gəlin birlikdə yeni hakimiyyətlə işləyək. Mən bu prosesdə sizinlə birlikdə olmağa hazıram. Əgər lazımamsa...”

Bütün xəbərlər Facebook səhifəmizdə