Sergey Şoyqu teleaparıcını mətbuat katibi təyin edib

Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu 26 yaşlı teleaparıcı Rossiyana Markovskayanı mətbuat katibi təyin edib. Generalın bu təyinatı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

26 yaşlı gənc xanım gözəlliyi ilə diqqət mərkəzinə düşüb. R.Markovskayanın “Ria Novosti”yə açıqlamasına görə, bu vəzifəyə təyin olunması haqqında noyabrın 15-də əmr verilib. Rusiya müdafiə nazirinin mətbuat katibliyini edəcəyini qeyd edən Markovskaya mövcud olan mətbuat katibinin isə yeni vəzifəyə təyin olduğunu bildirib.

Belə ki, Rossiyanadan əvvəl Müdafiə Nazirliyinin mətbuat katibi olan İqor Konaşenkov hazırda Kütləvi informasiya vasitələri departamentinin direktoru vəzifəsinə təyin olunub.

Rossiyana Markovskaya 1991-ci ilin yanvarında dünyaya gəlib. Vladivostokda Uzaq Şərq Federal Universitetinin jurnalistika fakultəsindən məzun olan 26 yaşlı Markovskaya “Vladivostok” televiziya və radiosunda müxbir və teleaparıcı kimi çalışıb. 2015-ci ildə Rusiyanın Müdafiə Nazirliyinə aid televiziya olan “Zvezda” telekanalında da bir neçə vəzifəni icra edib.

Sosial şəbəkələrdə olduqca geniş müzakirələrə yol açan gənc qızın təyinatı hər kəs tərəfindən maraqla qarşılanıb. Hətta ruslar onu “Bizim müdafiənin gözəli” belə, adlandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə