Ərdoğan: "NATO-ya etibar məsələsi bütün alyansda sualar doğurur"

"NATO özünün raketdən müdafiə sistemini Türkiyəyə verməyə imtina edəndən sonra bu qruma etibar ciddi suallar doğurmağa başladı". "Report" xəbər verir ki, bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. "NATO-ya etibar məsələsi ümumilikdə bütün alyansda sualar doğurur", - deyə Ərdoğan bildirib və əlavə edib ki, Ankara özünün havadan müdafiə sistemini gücləndirmək üçün Rusiyadan S-400 komplekslərini almaq üçün danışaqlara başlayan kimi NATO-nun aparıcı ölkələri Türkiyəni tənqid atəşinə tutdular.

2012-ci ilin sonunda Ankara raket zərbələrindən qorunmaq üçün öz ərazilərini havadan müdafiə kompeksləri ilə təchiz etməsi üçün NATO-ya müraciət etdi. 2013-cü ilin əvvəllərində Türkiyənin cənub-şərqində yerləşən üç rayonda, Suriya sərhədindən 70-100 km aralıda Almaniya, ABŞ və Niderlanda məxsus "Patriot" kompleksləri yerləşdirildi.

Lakin, 2015-ci ilin avqustunda Almaniya bundesveri Türkiyənin cənubunda missiyasının sona yetdiyini açıqlayaraq "Patriot" komplekslərini oradan çıxardı. Bir ay sonra eyni addımı ABŞ atdı.

Bütün xəbərlər Facebook səhifəmizdə