Yük avtomobili avtobusla toqquşdu xəsarət alanlar var

Novqorodda sərnişin avtobusu ilə yük avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, qəza Valday rayonunun Kuznetsova kəndi yaxınlığında, M-10 "Rusiya" federal avtomobil yolunun 420-ci kilometrində baş verib. Məlumata görə, avtobusda 64 nəfər sərnişin olub. Onlardan yalnız 5 nəfəri xəsarət alıb.

Digər sərnişinlərin ehtiyat nəqliyyat vasitəsi ilə ünvana çatdırılması təmin edilir.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə