Nyu-Yorkda bina yanır 9 nəfər xəsarət alıb

Nyu-Yorkun şimalında yerləşən Manhattan bölgəsində altı mərtəbəli binada yanğın nəticəsində 9 nəfər xəsarət alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın yanqınsöndürmə xidməti məlumat yayıb.

Məlumata görə, yaralılardan 7-si yanğınsöndürmə xidmətinin əməkdaşı, 1-i polis, 1-i isə sadə vətəndaşdır. Yaralıların həyatı təhlükəsi yoxur.

Qeyd edək ki, yanğının söndürülməsində 200 nəfərdən ibarət xilasetmə qrupu iştirak edir. Lakin güclü külək yanğının aradan qaldırılmasına mane olur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə