Kataloniya hərəkatının lideri Belçikada məhkəmə qarşısına çıxıb

Noyabrın 17-də Kataloniya hərəkatının lideri Karles Pudjemon Belçikada məhkəmə qarşısına çıxıb. Məhkəmə onun İspaniyaya təhvil verilib verilməməsi barədə qərar qəbul edəcək. Məhkəmə qapalı keçirilir. Məhkəmədən əvvəl nə siyasi liderlər, nə də onların vəkilləri tərəfindən heç bir açıqlama verilməyib. Lakin son qərar bu gün verilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə