"Bəşər Əsəd və müttəfiqləri İdlibdə hücumlara başlayacaq"

Bəşər Əsəd rejimi və müttəfiqləri Deyr əz-Zor əməliyyatından sonra İdlibdə hücumlara başlayacaq. Axar.az “Yeniakit.com.tr”yə istinadən xəbər verir ki, müttəfiq ordularının bu dəfə hədəfində müxaliflərin nəzarətində olan Əbu Zühur aviabazası var. Hətta məlumata görə, artıq Əsəd ordusu bölgədə müəyyən dərəcədə irəliləməyi bacarıb.

İranın da əraziyə hərbi texnikalar cəlb etdiyi deyilir. Deyr əz-Zor əməliyyatlarının bitməsindən sonra Rusiya da Hərbi Hava Qüvvələri ilə rejimə dəstək verəcək. Qeyd edək ki, Əbu Zühur aviabazası Türkiyənin dəstəklədiyi müxaliflərin nəzarətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə