Çin gələn ildən sürücüsüz avtomobillər buraxacaq

Çin gələn ilin iyulundan sürücüsüz avtomobillərin kütləvi istehsalına başlamağı planlaşdırır. AZƏRTAC xəbər verir ki, Çinin qabaqcıl internet-axtarış sistemi olan “Baidu” şirkətinin baş direktoru Li Yanxun Pekində keçirilən konfransda ilkin olaraq “Kinq Long” markasından olan sürücüsüz minivanların istehsal ediləcəyini bildirib. O, rəhbərlik etdiyi şirkətin avtomobillərin sürücüsüz idarə olunması üçün müvafiq texnologiyaya sahib olduğunu qeyd edib. Artıq uğurlu test yürüşləri də keçirilib. Növbəti mərhələdə Çinin “JAC” və “BAİC” şirkətlərinin avtomobillərində müvafiq texnologiya quraşdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə