Yunanıstanda daşqınlar 16 nəfərin həyatına son qoydu

Yunanıstanda güclü yağışların yaratdığı daşqınlar nəticəsində paytaxt Afina ətrafında ölənlərin sayı 16 nəfərə çatıb. Trend-in məlumatına görə, daha 20 nəfərin müxtəlif xəsarətlər aldığı, 1 nəfərin isə daşqınlarda itkin düşdüyü bildirilib.

Hökumət artıq Simi adasında kəskin hava şəraiti ilə əlaqədar fövqəladə vəziyyət elan edib. Məlumata görə, təbii fəlakət tüğyan edən rayonlarda gücül külək və yağış yaşayış evlərinə ziyan vurub, elektrik təchizatında problemlər yaranıb. Məktəblərdə dərslər dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə