“Əsrin oğrusu” Ukraynada tutuldu

2015-ci ildə Polşanın Svajendz şəhərində 2,2 milyon dollardan çox vəsaiti oğurlamaqda ittiham edilən şəxs Ukraynada tutulub. Yerli polisin verdiyi məlumata görə, Ukraynanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə birgə keçirilən əməliyyat zamanı oğru dəstəsinin başçısı L.Qjeqoja noyabrın 15-də axşam saatlarında Odessa şəhəri yaxınlığında saxlanılıb.

Polşa hökuməti 2015-ci ildə baş verən hadisəni “Əsrin oğurluğu” adlandırıb. Faktla bağlı bandanın altı üzvü tutulsa da, cinayəti hazırlayan və ona rəhbərlik edən L.Qjeqoja barəsində beynəlxalq axtarış elan olunmuşdu.

Hazırda “Əsrin oğrusu”nun Polşaya ekstradisiyası üçün danışıqlar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə