Putin Sarkisyana 20 il əvvəl oğurlanmış “İblis” hədiyyə edib

Dünən Rusiya lideri Vladimir Putinlə Ermənistan rəhbəri Serj Sarkisyan arasında Kremldə görüş baş tutub. Axar.az Kremlin saytına istinadla xəbər verir ki, Putin Ermənistan mədəniyyəti günləri çərçivəsində Sarkisyanın Moskva səfərindən razı qaldığını bildirib. Mediaya açıqlamasında Putin erməni həmkarı ilə ikitərəfli siyasi-iqtisadi əlaqələri, həmçinin təhlükəsizlik məsələlərini müzakirə etdiyini bildirib.

Görüşdə Putin Sarkisyana rus rəssamı Mixail Vrubelin “Tamara qəlbli Mələk və İblis” ("Ангел с душой Тамары и Демон") akvarelini hədiyyə edib.

Akvarel 1995-ci ildə Ermənistandakı Rusiya İncəsənət Sərgisindən oğurlanıb və 20 il müddətində ondan heç bir xəbər olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə