Təyyarə qəzaya uğradı 4 yaşlı uşaq sağ qaldı

Xabarovskdan Nelkan kəndinə uçan sərnişin təyyarəsi qəzaya uğrayıb. Nəticədə 8 nəfər ölüb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Xabarovsk şəhərinin Ayano-May rayonunun başçısı Aleksey İvliev açıqlayıb.

"Təyyarənin səhər saatlarında qəzaya uğraması ilə bağlı məlumat var. Xəbərə görə, təyyarədə 7 sərnişin və iki ekipaj üzvü olub"- deyə, rayon başçısı söyləyib.

A. İvliev qeyd edib ki, hadisə nəticəsində 4 yaşlı uşaq sağ qalıb.

Lakin digər mənbələrə görə, Xabarovsk hava limanına məxsus L-140 təyyarəsində 19 nəfər sərnişin olub.

Müəllif: Nailə Məhərrəmova
loading...