Rus diplomat: "BMT-nin belə bir haqqı yoxdur”

Terrorizmlə mübarizə koalisiyanın Suriyadakı fəaliyyətinə sərhədsiz səlahiyyətlər vermir. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Gennadi Qatilov deyib.

O, Pentaqon rəhbəri Ceyms Mettisin Suriya ilə bağlı açıqlamalarını qəribə adlandırıb: “BMT bütün məsələlərlə maraqlana bilməz. Suriyada suveren, müstəqil dövlətdir. Suriya rəsmiləri 3-cü tərəfin silahlı qüvvələrini ölkəyə dəvət edə bilər. Lakin BMT-nin belə bir haqqı yoxdur”.

Qeyd edək ki, Mettis Suriya konfliktinin həlli ilə bağlı Cenevrə danışıqlarında razılaşma əldə olunmayana qədər beynəlxalq antiterror koalisiyasının Suriyada qalacağını bildirmişdi.

Pentaqon rəhbəri həmçinin əlavə etmişdi ki, ABŞ ordusu BMT-nin icazəsi ilə Suriyaya daxil olub.

Bütün xəbərlər Facebook səhifəmizdə