Tbilisi beynəlxalq aeroportunda fövqəladə vəziyyət yaranıb

Noyabrın 14-də saat 19:00 radələrində Şota Rustaveli adına Tbilisi beynəlxalq aeroportunda fövqəladə vəziyyət yaranıb. AZƏRTAC xəbər verir ki, naməlum şəxs hava limanında təhlükəli çanta və çantada partlayıcı maddə olması ehtimalı barədə “112” çağrı mərkəzinə zəng edib.

Hava limanındakı sərnişinlər təxliyə olunublar. Başqa ölkələrdən və şəhərlərdən gələn sərnişinlər təyyarələrdən kənara buraxılmır. Əldə olunan məlumatlara görə, hava limanının ərazisində partlayıcı maddə axtarılır. Hava limanının mətbuat xidmətindən hadisə ilə bağlı şərh verməkdən imtina ediblər. Hadisə yerində polis təhqiqat aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə