İranda baş verən zəlzələdə ölənlərin sayı 530-a çatıb

İranın Kirmanşah vilayətində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 530-a çatıb. Yerli KİV-lər dağıntılar altından çıxarılan cəsədlərin ailələrinə təhvil verildiyini bildirirlər.
Bu gün İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasemi keçirdiyi mətbuat konfransında bildirib ki, rəsmi Tehran qonşu dövlətlərin təklif etdiyi yardımları qəbul etməyib. Onun sözlərinə görə, İran öz daxili imkanları hesabına zəlzələnin vurduğu zərərin öhdəsindən gəlmək imkanına malikdir. Əgər zərurət yaranarsa İran təklif olunan yardımları qəbul edəcək.
Bu arada Prezident Həsən Ruhani daxili işlər və səhiyyə nazirlərinin müşayiəti ilə zəlzələ bölgəsində vəziyyətlə tanış olur. H.Ruhani zəlzələdən zərər görmüş insanlarla görüşündə bəyan edib ki, dövlət evləri dağılmış ailələrə faizsiz kredit verəcək.

loading...