Zəlzələ ilə bağlı son vəziyyət 423 ölü, 7370 yaralı

Bazar günü İranın Kirmanşah əyalətində 7.3 baş gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 423, yaralıların sayı isə 7370 nəfərə çatıb. SİA-nın "Fars" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, zəlzələnin mərkəzinin İran-İraq sərhəddində yerləşən Ezgele kəndi olduğu açıqlanıb.

İran rəsmiləri axtarış-xilasetmə əməliyyatının tamamlandığını və yaşayış yerlərinin elektrik enerjisi ilə təmin edildiyini açıqlayıb. Zəlzələdən sonra İran prezidenti Həsən Ruhani bütün nazirlərə hadisə qurbanlarına lazımı yardımların göstərilməsi üçün göstəriş verib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə