Vyetnamda ölənlərin sayı çoxalıb

Vyetnamda güclü tayfun nəticəsində ölənlərin sayı 27-yə çatıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, daha öncə 15 nəfərin öldüyü bildirilirdi. Qeyd olunur ki, daha 22 nəfər itkin düşüb, onlardan 17 nəfər yük gəmilərinin ekipaj üzvləridir.

Güclü külək Asiya-Sakit Okean iqtisadi əməkdaşlıq Təşkilatının liderlərinin sammiti keçirilməsi planlaşdırılan Dananq şəhərinə ciddi ziyan vurub.

Yerli hakimiyyət kiçik yaşayış məntəqələrindən 35 mindən çox sakini evakuasiya edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə