Erməni nazir: "Mənim Poroşenko ilə heç bir konfliktim yoxdur"

"Mənim Prezident Pyotr Poroşenko ilə heç bir konfliktim yoxdur." Axar.az xəbər verir ki, bunu Ukrayna Daxili İşlər naziri Arsen Avakov söyləyib.

“Ukrayna prezidenti ilə heç bir qarşıdurmadan söz gedə bilməz. Bizim münasibətimiz olduqca yoldaşcasına və səmimidir. Bir sıra məsələlərdə mənim də qəti fikrim var. Hökumət rəsmilərininin zaman-zaman toplanması və məsələləri müzakirə etməsi normaldır. Təbii ki, bütün müzakirələr rahat keçmir, lakin onlar normal iş müzakirəsi çərçivəsində baş verir. Onların bir-birini təhqir etməsi və ya bir-birinə stəkan atması kimi hadisələr olmur", - deyə o bildirib.

Qeyd edək ki, bir müddət öncə Poroşenkonun keçirdiyi hökumət iclaslarından birində Avakovla Mixail Saakaşvili arasında qarşıdurma yaranmışdı. Avakovu xəyanətdə ittiham edən Saakaşvili onun üzərinə qarşısındakı stəkanı fırlatmışdı.

loading...