13 nəfər növbəti terror aktının qurbanı olub

Nigeriyada intiharçıların törətdiyi terror aktı nəticəsində 13 nəfər ölüb, 16 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ilk intiharçı Borno ştatında restoranların birinin qarşısında özünü partladıb. Daha iki partlayış isə birincidən bir neçə dəqiqə sonra baş verib. Hadisələrin məsuliyyətini hələlik heç bir terror qruplaşması öz üzərinə götürməyib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə