İranda 5,1 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı Minab şəhərindən 83 km şimalda yerləşib. Yeraltı təkanlar 10 km dərinlikdə qeydə alınıb.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə