Bərzaninin qardaşı oğlu Əli Sistaniyə məktub yazıb

Kürdlərlə şiələr arasındakı tarixi münasibətlərin pozulmasına icazə verməyin. Axar.az Eastnews.org-a istinadən xəbər verir ki, bu sözləri Bərzaninin qardaşı oğlu və peşmərgə qüvvələrinin komandiri Şirvan Bərzani İraq şiələrinin mənəvi lideri ayətullah Əli Sistaniyə yazdığl məktubunda deyib. Onun Sistaniyə məktub yazması ilə bağlı “Al-Sumaria” televiziyasında məlumat verilib. Şirvan Bərzaninin məktubunun tam mətnini təqdim edirik:

“Biz sizin şəffaf tutumunuza və müdrik fətvalarınıza şahidik. Köhnə rejim dövründə kürdlərlə şiələrin gördüyü zülmləri bildiyinizdən əminik. Səddam Hüseynin diktator rejiminə qarşı ortaq cəbhədə iştirak etdik, birlikdə qırğınlara məruz qaldıq. İndi bu uzun və ortaq tariximizin xarici tərəflərin təhrikiylə pozulmasını istəmirik. Bu bizim səbəbimiz və məsuliyyətimiz deyil. Ötən günlərdə döyüş meydanlarında övladlarımızın qanının tökülməsinin heç bir tərəfin xeyrinə olmadığı isbat olunub. Bu çərçivədə Kərkük, Tuzhurmatu, və Altın Köprüdə yaşanan son hadisələri nəzərə alaraq zati-alinizdən qarşıdurma və qan tökülməsinə maneə olmaq və kürdlərlə şiələr arasındakı tarixi münasibətlərin yox olmasını önləmək üçün hərəkətə keçməyinizi istəyirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə