Mark Zukerberq ABŞ Prezidenti olmaq istəyir

Feysbukun qurucusu Mark Zukerberq 2020-ci ildə prezident seçkilərdə ABŞ Prezidenti Donald Trampa rəqib olacaq. Axar.az xəbər verir ki, bu iddia ilə “Hürriyyət” qəzetinin köşə yazarı Səlcuq Şirin çıxış edib.

O, Zukerberqin Harvard Universitetinin məzun günündə çıxışı zamanı siyasətçi kimi cəmiyyətdəki problemlərin həlli üçün tövsiyələr verməsinin və bir il ərzində 50 ştatı dolaşaraq insanların dərdlərini dinləmək qərarına gəlməsinin buna bir işarə olduğunu bildirib. S.Şirin bundan öncə Barak Obama, Hilari Klintonun və Donald Trampın da prezident seçkiləri ərəfəsində bu siyasətə baş vurduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə