Ermənistanın paytaxtı Yerevanda atışma baş verib. Ermənistan KİV xəbər verir ki, ötən gün təxminən 18:00 radələrində, Ermənistan Müdafiə Nazirliyinin inzibati binası yaxınlığında, naməlum şəxs yanında olan qaz tapançasından Yerevanın Avan inzibati rayon sakini, 37 yaşlı E.Lilitə atəş açıb.

Hadisə yerinə gələn əməliyyat qrupu tapançadan atılan güllənin gilizini aşkarlayıb. Hazırda, hadisə ilə bağlı araşdırma aparılır. E.Lilit adlı şəxsin Ermənistan Müdafiə Nazirliyinin əməkdaşı olub-olmaması barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə