Kozırev Putini "bombaladı": "Sənin başın varmı?"

"Valday" klubunun iclasında Tallin Universitetinin professoru Reyn Millersonun danışdığı əvhalata Rusiya prezidenti Vladimir Putin sarkazmla cavab verib. Teleqraf.com xəbər verir ki, Reyn Millerson Rusiya XİN-in keşmiş rəhbəri Kozırevin ABŞ prezidenti Riçard Niksonla görüşdə "Rusiyanın milli maraqları yoxdur, ümumbəşəri maraqları var" fikrini işlətdiyini bildirib. Millerson əlavə edib ki, Nikson bu sözlərə başını bulamaqla cavab verib. "Valday" klubunda bu açıqlamaya münasibət bildirən Putin "görünür, onun başı yoxdu, kəllə qapağı var" deyib.

Kozirev isə öz növbəsində The Insider-ə açıqlamasında Putinin sözlərini cavabsız buraxmayıb: "Biz MDB-ni yaratdıq. Qqardaş Ukrayna ilə mübaribə eləmirdik. Biz ABŞ və Avropanın inkişaf eləmiş dövlətləri ilə dostluq edirdik. Biz sanksiyalar altında deyildik. Rusiyalılar Suriya diktatorunun tərəfində döyüşərək ölmürdülər. Misal var, deyilər, "Kimlə dostluq etdiyini de, sənin kim olduğunu deyim". Və indi sənin başın varmı? Rusiyanın maraqları kəllə qapağı geriyə - "KQB"yə doğru çevrilən rejim liderlərinin maraqları ilə ziddiyyət təşkil edir".

Qeyd edək ki, Kozırev 1990-96-cı illərdə Rusiya XİN başçısı olub. Hazırda ailəsi ilə birlikdə ABŞ-da yaşayır. O, dəfələrlə Putini tənqid edib.

Bütün xəbərlər Facebook səhifəmizdə