Gürcüstanda keçirilən bələdiyyə seçkilərində hakim partiya liderlik edir

Gürcüstanda keçirilən bələdiyyə seçkilərində hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyası liderlik edir. AZƏRTAC xəbər verir ki, seçkilərlə əlaqədar “Edison Richer” təşkilatının keçirdiyi “exit-poll”un nəticələrinə görə hakim partiya seçkilərdə 58 faiz səs toplamaqla liderdir.

“Vahid milli hərəkat” partiyası 16 faiz, “Avropa Gürcüstanı” partiyası 9 faiz, “Vətənpərvərlər ittifaqı” isə seçicilərin 5 faiz səsini qazanıblar. “Exit-pollun” ilkin nəticələrinə görə, sabiq energetika naziri Kaxa Kaladze Tbilisi şəhərinin meri seçilib. O, seçicilərin 54 faizinin səsini toplayıb.

Qeyd edək ki, səsvermə 73 seçki dairəsinin 3634 seçki məntəqəsində keçirilib. İlkin məlumatlara görə, seçicilərin 40 faizi səsvermədə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə