Putin Çexiyanı da Avropa Birliyindən qoparır

Çexiyadakı parlament seçkisində milyarder Andrey Babişin ANO partiyası liderlik edir. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Çexiya mətbuatı yayıb. Mətbuat səslərin 10%-nin hesablanmasından sonra ANO-nun 31,9% səs topladığını bildirib. Ondan sonrakı yerləri Çexiya Sosial Demokrat Partiyası (11,5%), Çexiya və Moraviyanın Kommunist Partiyası (9,6%), Çexiya Pirat Partiyası (9%) tutub.

Qeyd edək ki, Babişin partiyası rusiyayönlü siyasətin tərəfdarıdır. Partiya seçkidə qalib gəldikdən sonra Avropa Birliyi ilə sıx əlaqələri zəiflədəcəyini açıqlayıb.

loading...