Poroşenko: "Stalinin cəzalandırıcı qüvvələri..."

Ukrayna Prezidenti Pyotr Poroşenko ukraynalıları 70 il əvvəl zorla Sibirə sürgün edilən qərb bölgələrinin sakinlərini xatırlamağa çağırıb. Axar.az xəbər verir ki, Poroşenko bu barədə öz Feysbuk səhifəsində yazıb.

"Bu gün Qərbi Ukrayna əhalisinin Sibir və keçmiş SSRİ-nin şimal bölgələrinə Qərb əməliyyatı altında kütləvi şəkildə deportasıya olunmasının 70 illiyidir. Ukraynanın azadlıq hərəkatını zəiflətməkdən ötrü 1 gündə 76 mindən çox insan ölkədən zorla çıxarıldı. İkinci Dünya Müharibəsinin sona çatmasından sonra belə Stalinin cəzalandırıcı qüvvələri xalqımızı repressiya və deportasiya ilə təhdid etməyə davam edib. Amma azad ruhumuzu məhv etməyə müvəffəq olmayıblar", - prezident bildirib.

loading...