Kanada 50 il ərzində ilk dəfə Yaponiya sahillərinə sualtı qayıq göndərib

Kanada 50 il ərzində ilk dəfə olaraq Yaponiya sahillərinə dizel sualtı qayıq göndərib. Axar.az xəbər verir ki, bu barədə CBC Nyus kanalı məlumat yayıb.

Məlumata görə, “Chicoutimi” adlı sualtı qayıq Asiya-Sakit Okean bölgəsində aparılan patrul xidmətində iştirak etmək üçün sentyabr ayında Eskimont bazasından çıxıb və bu həftə Yaponiyanın Yokosuki şəhəri sahillərinə çatıb. Kanada Dəniz Qüvvələri gəminin hansı vəzifələri yerinə yetirəcəyini və harada xidmət aparacağı barədə açıqlama verməyib.

loading...