Əfqanıstanda qurbanlarının sayı 72-yə çatıb

Əfqanıstanda iki məscidin partladılması nəticəsində ölənlərin sayı 72-yə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ Əfqanıstanda terror hücumlarını qətiyyətlə pisləyir.

Qeyd edək ki, bundan öncə həlak olanların sayının 59, yaralıların isə 55 nəfər olduğu deyilirdi.

Məlumat üçün nəzərinizə çatdıraq ki, ötən gün intiharçı Kabilin qərbində yerləşən məscidə daxil olaraq partlayış törədib. Polis partlayışın baş verdiyini təsdiqləyib. Hadisənin məsuliyyətini "İslam Dövləti" terrorçu qrupu öz üzərinə götürüb.

Digər partlayış isə terorçu-intiharçı tərəfindən Qur məscidində törədilib. Hələlik heç bir terror qrupu hadisənin məsuliyyətini öz üzərinə götürməyib.

Müəllif: Nailə Məhərrəmova
loading...