İŞİD-çilərdə NATO silahları aşkarlanıb

Suriyanın işğaldan azad olunan Mayadin şəhərində terrorçulara məxsus xeyli silah-sursat ələ keçirilib. Axar.az SANA agentliyinə istinadən xəbər verir ki, şəhərdə müxtəlif ölçüdə Avropa istehsalı olan yüngül, orta və ağır silahlar ordu nümayəndələri tərəfindən müsadirə edilib.

NATO standartlarına uyğun gələn topların isə 2011-ci ildə istehsal olunduğu müəyyən edilib. Bundan əlavə, sözügedən şəhərdə İŞİD-ə aid silah-sursat anbarı da müəyyən edilərək aşkara çıxarılıb.

loading...