Türkiyənin Afyonkarahisar vilayətində yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Sultandaği rayonunda turistləri daşıyan avtobusun yük maşını ilə toqquşması nəticəsində 23 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım briqadaları cəlb edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə