Türkiyədə terrorçulara qarşı mübarizə davam edir

Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı mübarizəni davam etdirir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə Hərbi Qüvvələri PKK-nın İraqın şimalındakı Zap regionunda və Türkiyənin cənub-qərbində, Hakkari vilayətindəki mövqelərinə zərbələr endirib.

Məlumata görə, Zap regionuna endirilmiş artilleriya zərbələri nəticəsində 7 PKK terrorçusu zərərsizləşdirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə