Ərdoğanın baş müşaviri istefa verib

Türkiyə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərinin baş müşaviri, deputat Şaban Dişli vəzifəsindən istefa verib. Axar.az xəbər verir ki, Dişli istefa açıqlamasında bir sıra narahatlıqlarını da ictimaiyyətə çatdırıb. “Partiyamı və hörmətli prezidenti Rəcəb Tayyib Ərdoğanı haqsız yerə məyus etməyimdən dolayı vəzifəmdən istefa verirəm. Dostlarımızın sözləri məni olduqca narahat edir”, - deyə bildirib.

Dişli bir müddət əvvəl Ərdoğan tərəfindən bu posta təyin edilmişdi.

Qeyd edək ki, Dişlinin qardaşı, Silahlı Qüvvələrin Baş Qərargahının generalı olmuş Məhməd Dişli 15 iyul hərbi çevriliş cəhdinin əsas iştirakçılarından olub.

loading...