Ukraynadakı qarşıdurmalarda 11 nəfər saxlanılıb

Ukraynanın paytaxtı Kiyevdə Ali Radanın binası qarşısında etiraz aksiyası keçirilib. Axar.az xəbər verir ki, aksiya zamanı 11 nəfər saxlanılıb.

Qeyd edək ki, bu gün axşam saatlarında xüsusi təyinatlılar Ali Radanın qarşısında qurulan çadırları dağıtmağa çalışıb. Etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib. İnsident nəticəsində deputat, “Samopomoş” partiyasının üzvü Yeqor Sobolev daxil olmaqla bir neçə nəfər xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə