Pakistanın şimal-qərbində terror aktı törədilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 6 polis əməkdaşı öldürülüb.

Məlumata əsasən, polis əməkdaşının olduğu avtomobil yola qoyulan minaya düşərək partlayıb. Hadisə zamanı avtomobildə 35 polisin olduğu bildirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə