Birləşmiş Ərəb Əmirliklərinə aid təyyarə Yəməndə qəzaya uğrayıb

Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) aid hərbi təyyarə texniki nasazlıq səbəbindən Yəməndə qəzaya uğrayıb. Axar.az xəbər verir ki, hadisə nəticəsində təyyarədə olan pilotlar - Əli Səid Seyf əl-Mismari ve Bədr Yəhya Məhəmməd əl-Məraşidə həlak olub.

Qeyd edək ki, təyyarə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyasının tərkibində Yəməndə əməliyyatlarda iştirak edirdi.

loading...