Almaniya prezidenti Moskvaya gedəcək

AFR Prezidenti Frank-Valter Ştaynmayer oktyabrın 25-də Moskvaya gələcək, burada Rusiya Prezidenti Vladimir Putin ilə görüşəcək. AFR dövlət başçısının dəftərxanasının məlumatında deyilir ki, Ştaynmayer Moskvada səfərdə olarkən Petropavlovsk kilsəsinə gedəcək. Reformasiyanın 500 illiyi ilə əlaqədar Rusiya dövləti bu kilsənin binasını Rusiyada Yevangelist-Lüteran kilsəsinə qaytarmağı planlaşdırır.

Ştaynmayer Almaniyanın xarici işlər naziri olduğu dövrdə Almaniya Yevangelist kilsəsi ilə birlikdə həmin binanın lüteranlara verilməsinə nail olub. Moskvada AFR Prezidentini Yevangelist kilsəsinin başçısı yepiskop Haynrix Bedford-Ştrom müşayiət edəcək. Ştaynmayer “Memorial” hüquq müdafiə təşkilatının nümayəndələri ilə, həmçinin keçmiş SSRİ-nin keçmiş Prezidenti Mixail Qorbaçov ilə də görüşmək niyyətindədir.

AFR Prezidentinin Rusiyaya sonuncu səfəri 2010-cu ildə olub. O vaxt bu vəzifəni Kristian Vulf tuturdu. Vulfun varisi İoahim Qauk Moskvaya səfər etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə