Latviya: "Dünyada təhlükəsizliyin açarı Kremldədir"

"NATO və Avropa Birliyi Rusiya ilə birlikdə çalışmasa, dünyada təhlükəsizliyə nail olmaq mümkün deyil". Axar.az xəbər verir ki, bu barədə Latviya XİN-in keçmiş rəhbəri Yanis Yurkans danışıb.

“Başçısının Putin, İvanov və ya Petrov olmasından asılı olmayaraq, dünyada təhlükəsizliyin açarı Kremldədir. Bunu bütün dünya bilir. Buna görə də inanıram və ümid edirəm ki, Rusiya çox vacib olan rəhbər vəzifəni öz üzərinə götürəcək”, - keçmiş nazir bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə