Yaponiyada hərbi helikopter radarlardan itib

Oktyabrın 17-də Yaponiyada göyərtəsində dörd pilotun olduğu hərbi helikopter radarlardan itib. AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, hazırda helikopterin axtarışları davam etdirilir.

Məlumatda bildirilir ki, Yaponiya özünümüdafiə qüvvələrinə məxsus UH-60 helikopteri Şizuoka prefekturasının Hamamtsu şəhərinin sahillərində uçarkən radarlardan itib. Özünümüdafiə qüvvələrinin əsgərləri pilotların axtarışını davam etdirirlər. Bir həftə əvvəl, oktyabrın 11-də Okinavada ABŞ-ın Futemma hərbi bazasına məxsus CH-53E nəqliyyat helikopteri də qəzaya uğrayıb. Hadisə helikopterin göyərtəsində baş verən yanğın nəticəsində baş verib. Yerli KİV-lərin məlumatına görə, qəza nəticəsində xəsarət alan olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə