Madriddə qırıcı təyyarə qəzaya uğrayıb

Madriddəki Torrexon-de–Ardoz aviabazasında BBC F18 qırıcı təyyarəsi naməlum səbəbdən qəzaya uğrayıb. Qəza nəticəsində pilot Fernando Perez Serrano və adı açıqlanmayan bir sərnişin həlak olub. Hadisə təyyarənin uçuş manevrinə hazırlığı zamanı baş verib.

Bu, son həftə ərzində Madriddə baş vermiş ikinci qəzadır. Bundan əvvəlki qəza oktyabrın 12-də şəhərdə keçirilən hərbi parad zamanı baş vermişdi.(AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə