Suriya ordusu İsrailin 2 hərbi təyyarəsini atəşə tutub

Suriya ordusu Livan sərhədləri yaxınlığında İsrailin 2 hərbi təyyarəsini atəşə tutub. Axar.az xəbər verir ki, Suriya ordusundan verilən açıqlamada İsrail təyyarələrinin atəşə tutulduğu təsdiqlənib.

Qeyd edilir ki, İsrail təyyarələri hava məkanını pozub və bu səbəbdən dolayı Suriyanın hərbi-hava müdafiə sistemlərindən atəş açılıb. Təyyarələrdən biri vurulub, digəri isə hava məkanını tərk etmək məcburiyyətində qalıb. Qeyd edək ki. az öncə İsrail Suriya ərazisinə daxil olmadan bu ölkənin hava hücumundan müdafiə sistemlərinə zərbə endirildiyini və S-200 sisteminin məhv edildiyini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə