İraq ordusu Kərkükə nəzarəti geri qaytarıb

İraqın hökumət qüvvələri Kərkük şəhərinə (eyni adlı vilayətin inzibati mərkəzi) nəzarəti geri qaytarıblar. Bu barədə Sky News Arabia telekanalı məlumat yayıb. TASS informasiya agentliyi isə xəbər verir ki, şəhər administrasiyasının binası üzərində İraqın milli bayrağı qaldırılıb. Federal polis dəstələri əməliyyat zamanı müqavimətlə qarşılaşmayıblar. Əməliyyatların detalları barədə məlumat verilmir.

Bazar ertəsi günü səhər İraqın Baş naziri hərbçilərə rəsmən Kürdüstan regional vilayətinə daxil olmayan, amma faktiki olaraq hərbiləşdirilmiş “peşmərgə” kürd birləşmələrinin nəzarətdə saxladıqları Kərkük vilayətində təhlükəsizliyi və sabitliyi bərpa etmək tapşırığı vermişdi. Bağdadın təsdiqlədiyinə görə, əməliyyat zamanı vilayətdəki ən böyük hərbi bazanı, yerli aeroportu, həmçinin bir neçə neft-qaz strukturunu, o cümlədən İraq dövlət şirkətinə məxsus yataqları və neft emalı zavodunu mərkəzin nəzarətinə qaytarmaq mümkün olub.

Bütün xəbərlər Facebook səhifəmizdə