Putindən Şimali Koreyaya zərbə: "Əməkdaşlıq dayandırılsın"

Rusiya Prezidenti Vladimir Putin BMT Təhlükəsizlik Şurasının qətnaməsinin həyata keçirilməsini nəzərdə tutan fərmanı imzalayıb. Axar.az xəbər verir ki, Putin Şimali Koreyanı təmsil edən şəxs və ya qruplarla elmi və texniki əməkdaşlığı dayandırmaq göstərişi verib.

Qeyd edək ki, BMT TŞ-nin qətnaməsi nüvə silahı və raket sınaqları səbəbindən Şimali Koreyaya qarşı bir sıra məhdudiyyətləri özündə ehtiva edir.

Bütün xəbərlər Facebook səhifəmizdə