Türkiyədə 2 hərbçi şəhid olub

Türkiyənin Hakkari vilayətinin Çukurça rayonunda terror aktı baş verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hərbi maşının keçdiyi vaxt terrorçular tərəfindən yola basdırılmış partlayıcı qurğu işə düşüb.

Partlayış nəticəsində 2 hərbçi şəhid olub.

Terrorçuların tutulması istiqamətində genişmiqyaslı əməliyyat başlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə