Gürcüstanın paytaxtı Tbilisi şəhəri ətrafında yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında partlayış baş verib. Bu barədə "Rustavi 2" telekanalı məlumat verir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 3 nəfər yaralanıb.

"Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hadisə yerində 5 xilasetmə dəstəsi işləyir. Partlayış nəticəsində yaxınlıqdakı binaya zərər dəyib. Yanğın söndürülüb", - deyə məlumatda bildirilir.

Partlayışın səbəbləri araşdırılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə