Portuqaliyada meşə yanğınlarının qurbanlarının sayı 27-yə çatıb

Portuqaliyada meşə yanğınlarının qurbanlarının sayı 27-yə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Portuqaliyanın Milli Mülki Mühafizə Xidmətindən məlumat verilib.

Bundan öncə ölənlərin sayının 20 olduğu bildirilsə də, xidmətin son açıqladığı məlumatda ölənlərin sayının 27, yaralıların isə 21 nəfərə çatdığı qeyd olunur.

Qeyd edək ki, ötən bazar günü Portuqaliyada rekord sayda 443 meşə yanğını qeydə alınıb. Onların söndürülməsi üçün 7 min yanğınsöndürən cəlb edilib. 108 meşə yanğını hələ də aktiv olaraq qalmaqdadır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə