Vyetnamda daşqın qurbanlarının sayı 54-ə çatıb

Son məlumata görə, Vyetnamda baş verən daşqın qurbanlarının sayı artaraq 54 nəfərə çatıb, 39 nəfərin isə itkin düşdüyü bildirilir. SİA-nın xarici mətbuata istibadən verdiyi xəbərə görə, bundan əvvəl qurbanların sayının 49, itkin düşənlərin isə 22 nəfər olduğu bildirilirir.

Məlumata görə daşqından ən çox Hoabin əyaləti ziyan çəkib ki orada fövqəladə vəziyyət elan edilib.

Sel 200 evin dağılması, 30 min evin su altında qalmasına səbəb olub. Mərkəzi əyalətlərdə yaşayan 5 min ailə evlərindən köçnək məcburiyyətində qalıblar. Zərər dəyən ərazilərdən insanların təxliyə prosesi davam edir.

Müəllif: Nailə Məhərrəmova
loading...