Dünyada 815 milyon nəfər aclıqdan əziyyət çəkir

"Dünyada 815 milyon nəfər aclıqdan əziyyət çəkir. Onların 60 faizi silahlı münaqişə zonalarında yaşayır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Təhlükəsizlik Şurasının iclasında çıxış edən qurumun baş katibi Antoniu Quterriş bildirib ki, təşkilatın Ümumdünya Ərzaq Proqramı vəsaitlərinin təqribən 80 faizi hərbi əməliyyat zonalarında yaşayan insanlara yardım göstərilməsinə sərf olunur.

Onun sözlərinə görə, inkişafdan geri qalan uşaqların dörddə üçü münaqişələrin toxunduğu ölkələrin payına düşür: "Bu münaqişələr həll edilmədikcə və dövlətlərin inkişaf prosesi öz yoluna düşməyincə, icmalar və bütöv regionlar aclıq və əziyyət çəkməyə davam edəcək".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə